
BAKI, 10 fevral. TELEQRAF
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərlə əvvəllər məhkum olunmuş 44 yaşlı Mirtaleh Ağayev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan 8 kiloqram heroin aşkarlanıb.
Araşdırmalarla M.Ağayevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.