BAKI, 10 fevral. TELEQRAF

Paytaxt ərazisində bir nəfərin idarə etdiyi “Opel” markalı avtomobilində narkotik vasitə olması barədə polisə məlumat daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 31 yaşlı F.Məlikzadəyə məxsus avtomobilə keçirilən baxış zamanı ondan 3 kq 95 qram marixuana aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.