![](https://teleqraf.az/storage/2024/10/20/715x378/yangin.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Abşeron rayonunda yaşayış evində yanğın olub.
Teleqraf xəbər verir ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan kürsülü, ikimərtəbəli 8 otaqdan ibarət evin dam örtüyünün taxta atmaları 50 m² sahədə, ikinci mərtəbəsinin eyvanında quraşdırılan kombi aparatı və su qızdırıcısı yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.