.png)
ABŞERON, 9 fevral. TELEQRAF
Abşeron rayonunun Xırdalan şəhərində yanğın baş verən çoxmərətəbəli yaşayış binasında bağlı qapılar arxasında qalan körpə xilas edilib.
Teleqraf-ın xəbərinə görə bunu bina sakini tarixçi Zaur Əliyev bildirib.
Yanğın başlayan zaman uşağın valideynləri həyətdə olub.
Yanğını söndürmək üçün bloka daxil olan Fövqəladə Hallar Nazirliyinin Abşeron rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşı Ərşad Hüseynov körpənin səsini eşidib. O, qapını qıraraq içəri keçib və uşağı xilas edib.
Yanğından xilas olan körpənin fotosunu təqdim edirik: