Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyində ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Susan Çesli ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ əlaqələri, Azərbaycanda ictimai-siyasi vəziyyət, keçiriləcək parlament seçkiləri barədə fikir mübadiləsi aparılıb.

Fuad Əliyev “Azadlıq-2015” seçki blokun yaradılması və fəaliyyəti barəsində diplomata məlumat verib.

Nemət