
Finlandiya xarici işlər nazirinin xüsusi nümayəndəsi Krister Mikelsonun Azərbaycana səfəri zamanı Bakı və Helsinki regiondakı vəziyyəti müzakirə edəcəklər.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən qeyd ediblər ki, Azərbaycana səfər fevralın 25-27-də baş tutacaq.
Finlandiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək. Tərəflərin regiondakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsini, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Səxavət