
“Viktoriya Nulandın səfəri çox maraqlı idi, çünki Viktoriya xanım biz deyənləri deyirdi: dialoq, dialoq, dialoq. O, ancaq dialoqla nəyisə həll etməyin mümkün olduğunu söylədi”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
Onun sözlərinə görə, Viktoriya Nulandla görüşdə iştirak etməyib: “Bizə demişdilər ki, 20 dəqiqəlik görüş olacaq. Düzü, düşündük ki, 20 dəqiqəyə nə danışa bilərik? Özü də ingilis dilində də bilmirik, tərcüməçi vasitəsilə danışsaydıq, çox az vaxt olacaqdı. Biz həmişə deyirik ki, onun Azərbaycana gəlməsi çox vacibdir. Çünki o da bildirir ki, Azərbaycan hakimiyyəti ilə siyasi partiyaların, vətəndaş cəmiyyətinin dialoqu olmalıdır. Bu proses də ölkəmizdə başlayıb. Həm vətəndaş cəmiyyəti, həm də müxalifətlə dialoq keçirilir. Viktoriya xanımın dialoqla bağlı səsləndirdiyi fikirlər çox vacibdir. Biz lap əvvəldən deyirik ki, hökumətlə dialoqa getmək lazımdır. Ona görə görüşsək də, görüşməsək də Viktoriya xanımın fikirləri bizi qane edir”.
Nərgiz