13.20

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycanda fəaliyyət göstərən bir qrup siyasi partiya rəhbərlərinin iştirakı ilə 3 saata yaxın keçirilən növbəti iqtidar-müxalifət görüşü başa çatıb.

Teleqraf.com-un məlumatına görə, hazırda PA-nın şöbə müdiri Ə.Həsənov görüşün nəticələri ilə bağlı mətbuat konfransı keçirir.

12.25

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla hökumət arasında iqtidar-müxalifət dialoqu keçirilir.

Teleqraf.com-un məlumatına görə, dialoqda iqtidar tərəfdən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, onun müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edir.

***

Teleqraf.com-un məlumatına görə, görüşdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov xatırladıb ki, bu cür dialoq iki ay bundan öncə baş tutmuşdu.

Onun sözlərinə görə, bu cür görüş sayca ikincidir və müzakirə ediləcək mövzular əvvəlcədən müəyyənləşməyib.

PA rəsmisi qeyd edib ki, görüşdə partiyaların ölkə siyasətində yeri, partiya mətbuat əlaqələri barədə müzakirələr gedəcək.

O bildirib ki, partiyaların maliyyələşməsi məsələsi də müzakirə oluna bilər.

Hazırda müxalifət adından Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu çıxış edib.
Müsavat və AXCP istisna olunmaqla müxalifətin böyük kəsimi görüşdə iştirak edir. Budəfəki dialoqa AXP sədri Pənah Hüseyn və kommunistlər də qatılıb. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədri Qüdrət Həsənquliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov və Vahid Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Musa Tukanov toplantıda iştirak edir.

Nemət