Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov evdə olan zaman vurulan iynədən vəziyyəti pisləşib.

Valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.