
“Mən kiminsə partiya sıralarından çıxarılmalarına çox mənfi baxıram. Qubad İbadoğlunun Müsavatda 19 illik fəaliyyət göstərib, ona görə də onun partiyadan çıxarılmasına müsbət yanaşa bilmərəm”.
Teleqraf.com xəbər verir ki, Modern.az-a açıqlamasında hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Novella Cəfəroğlu deyib.
O, Müsavat Partiyası Divanının qərarı ilə Qubad İbadoğlunun təşkilat sıralarından çıxarılmasına münasibət bildirərkən söyləyib ki, atılan addım düzgün deyil. Novella Cəfəroğlunun sözlərinə görə, Müsavat Partiyasında baş verən qalmaqallar bu qurumun gələcəyini sual altına qoymur: “Partiya həmişə qalacaq. Sadəcə olaraq, ömrünün bir qismini partiyanın fəaliyyətinə həsr edən insanların ürəyini qırmaq, onları kənarda saxlamağı alqışlaya bilmərəm. Qubad İbadoğlunun da müəyyən səhvləri ola bilər, amma bu yanlışlıqlardan ötrü onun partiyadan çıxarılması düzgün deyil. Ümumiyyətlə, partiyadan çıxarılma məsələsini həmişə pis qarşılamışam”.