
Müsavat Partiyası başqanlığa keçmiş namizəd Tural Abbaslı Azərbaycan Demokratiya və Rifah hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun Müsavat sıralarından xaric olunmasına münasibətini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, T.Abbaslı qeyd edib ki, Divanın bugünkü növbədənkənar iclasında Qubad İbadoğlunun partiyadan xaric edilməsini yalnış və ziyanlı qərar hesab edir: “Qubad bəyin qurultayda aldığı səsləri nəzərə alsaq bu addımın partiyamız üçün heç də yaxşı nəticələr verəcəyini düşünmürəm. İstənilən halda bu addımı Müsavatda barışıq və sabitlik mühiti üçün atılmış addım hesab etmək olmaz”.
Qeyd edək ki, Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi barədə Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar çıxarılıb. Qərarda qeyd edilib ki, Q. İbadoğlu Müsavat Partiyasının Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmədiyi, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub.
Nərgiz