Məşhur futbolçunun evindən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə İtaliyanın futbol əfsanələrindən olan Roberto Baggiyonun başına gəlib.

Oğurluq hadisəsi dünən futbolçunun İspaniya-İtaliya oyununa baxan zaman baş verib. Oğrular Baggiyonun başına silah ilə vuraraq yaralayıb. Futbolçunun evindən zinət əşyaları, saatlar və nağd pul oğurlanıb. Keçmiş futbolçunun başına bir neçə tikiş qoyulduğu bildirilir.