
Müsavatda narzı kəsimi təmsil edən və partiya sıralarından çıxarılan Azərbaycanda Demokratiya və Rifah Hərəkatının həmtəsisçisi Səxavət Əlisoy sosial şəbəkədə Arif Hacılı barədə maraqlı fikirlər yazır.
Teleqraf.com xəbər verir ki, “Sən kimsən, Hacılı” başlıqlı yazısında Əlisoy iddia edir ki, Arif Hacılı “Biz səhv etdik ki, 1992-ci ildə hakimiyyəti onlara (naxçıvanlılara) verdik, Məclisi isə onlara verməyəcəyik” ifadəsi işlədib: “Bu sözlərin müəllifi sənsən. VII Qurultaydan sonra Müsavatda Məclis sədrliyinə seçkilərdə uduzdun və Bakını tərk edərək, özünün dediyin kimi “Qafqaz dağlarına” üz tutdun. Səndə Naxçıvana və naxçıvanlılara nifrətin nədən qaynaqlandığını aydınlaşdırmaq üçün Müsavat Partiyasının üzvü Əlikram Əhmədlinin şahidliyi ilə Sumqayıtda bir restoranda süfrə arxasında söhbətimiz oldu. Sən hər zaman israr etdin ki, belə bir söz deməmisən. Mən də təkrar edirəm, əgər sən bu sözlərin sahibi deyilsənsə, sübut et, yəni, o Məclisin videosunu paylaş, sən deyən olsa, mən üzr istəməyə hazıram".
Əks təqdirdə sən, naxçıvanlılara olan nifrətinin səbəblərini açıqlamağa söz ver”.
Cavidan