
Müsavat Partiyası Divanının iclasında başqanlığa keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah hərəkatının Təşkilat Komitəsinin üzvü Qubad İbadoğlu və partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq olunub.
Bu barədə Teleqraf.com-a açıqlamasında partiyanın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı deyib. O xatırladıb ki, Divanın ötən dəfəki iclasında sözügedən şəxslər rəsmi olaraq Divana dəvət edilmişdilər: “Təbii dəvət olunmaqlarınında əsas səbəbi, onların son dövrlərdəki fəaliyyəti və davranışları ilə bağlı izahat vermələri idi. Ellada xanım Divanda iştirak elədi, son dövrlərdəki fəaliyyəti ilə bağlı izahatı dinlənildi və müzakirələrdən sonra ona yol verdiyi Nizamnamə pozuntularına görə xəbərdarləq edildi. Qubad bəy Divanın iclasına qatılmasa da onunda fəaliyyəti müzakirə olundu və yol verdiyi Nizamnamə pozuntusu ilə əlaqədar Qubad İbadoğluna da xəbərdarlıq olundu. Eyni zamanda Divanın növbəti iclasına dəvət edilməsi, bu iclasa da qatılmayacağı təqdirdə haqqında müvafiq intizam tədbirinin görülməsi barədə qərar qəbul edilib”.
Nərgiz