BAKI, 13 may. TELEQRAF

“Uşaqlığımdan bəri valideynlərimin vətən haqqında danışdıqlarını eşidə-eşidə böyümüşəm. Bu gün həm sevincliyəm, həm də kövrəyəm. Duyğularım qarışıqdı, amma mən də ailəm də xoşbəxtlik”.

Bunu Teleqraf-a açıqlamasında Cəbrayılın Şükürbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Şəbnəm Məmmədova deyib.

O bildirib ki, doğma yurda altı ailə üzvü ilə birlikdə qayıdır:

“Bu gün bizim Qarabağa qayıdışımız Prezident İlham Əliyevin iradəsi, şəhidlərimizin qanı, qazilərimizin mübarizəsi sayəsində mümkün oldu. Ali Baş Komandan sağ olsun ki, biz gənc nəslə Qarabağa qayıtmaq, orada yaşamaq və yaratmaq imkanı verdi”, - deyə o, əlavə edib.

Qeyd edək ki, bu gün Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanları yola salınıb. Şükürbəyli kəndinə 419 nəfərdən ibarət 97 ailə köçürülüb.