BAKI, 9 noyabr. TELEQRAF
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda Azərbaycan bayrağının təsviri və Birinci vitse-prezidentin təbrik sözləri yer alıb:
“Qoy sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız hər zaman müstəqilliyimizin əbədiliyinin, xalqımızın birliyinin və dövlətimizin qüdrətinin təcəssümü olsun!”