Qəzaya uğrayan təyyarənin istehsalçısı olan "Embraer" aviaşirkəti məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV-də bildirilib.

Məlumatda qeyd olunub ki, təyyarənin göyərtəsində uçuşa mane olacaq hər hansı bir qüsur aşkarlanmayıb.

Şirkət bütün prosesləri yaxından izlədiklərini və müvafiq orqanlara tam dəstək verməyə hazır olduqlarını bəyan edib.