Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə həlak olanların cənazələri Azərbaycana gətiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin açıqlamasında deyilir .

Məlumatda bildirilir ki, zərərçəkənlərin daşınması üçün də xüsusi reys planlaşdırılır.

“Bu reyslə onların Bakıya daşınması yalnız o şərtlə həyata keçiriləcək ki, zərərçəkənlərin sağlamlıq vəziyyəti, həkimlərin rəyinə görə daşınmağa imkan versin”, - açıqlamada belə qeyd edilir.