Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Azərbaycana başsağlığı verib.

Teleqraf.com-un məlumatıana görə, bu barədə səfir özünün Tvitter səhifəsinə yazıb.

“Bu gün igid əsgərlərinin şəhid olması ilə əlaqədar qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Ürəyimiz 50 şəhid ailəsi ilədir, bu torpaq övladlarına əbədi rəhmət yağdırmasını Uca Yaradandan diləyirik”,- səfir sosial şəbəkə hesabında qeyd edib