BAKI, 27 oktyabr. TELEQRAF
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar.
Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.