BAKI, 18 oktyabr. TELEQRAF
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesablarında paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
“18 oktyabr. Müstəqilliyin Bərpası Günü. Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!”