BAKI, 29 noyabr. TELEQRAF

Uruqvayın “Estudiantes” klubunun qapıçısı Fernando Muslera futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, 39 yaşlı qolkiper Libertadores Kubokunun finalında Braziliyanın “Palmeyras” klubuna 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra qərarını açıqlayıb.

“Futbolu bitirdim. Karyeramın son oyununa çıxdım. Bu barədə danışılırdı, amma mən təsdiqləməmişdim. Bu gün son idi. Rəhbərliklə danışmışdım. Hər kəsə çox təşəkkür edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Muslera karyerasının böyük hissəsini Türkiyənin “Qalatasaray” klubunda keçirib. Uruqvaylı qapıçı İstanbul təmsilçisinin heyətində 14 mövsüm ərzində 8 Türkiyə çempionluğu, 6 Türkiyə Superkuboku və 5 ölkə kuboku qazanıb.

O, “Qalatasaray”da ümumilikdə 19 titul əldə etməklə klub tarixində ən çox mükafat qazanan əcnəbi futbolçu olub. Muslera Türkiyə Super Liqasında 443 oyun keçirərək bu turnirdə ən çox meydana çıxan əcnəbi futbolçu rekordunu da müəyyənləşdirib.