BAKI, 28 noyabr. TELEQRAF

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə dünya çempionatının 22-ci mərhələsi olan Qətər Qran Prisinin seçmə mərhələsinin qalibi olub.

Teleqraf xəbər verir ki, ikinci yeri "Mercedes"in italiyalı pilotu Kimi Antonelli, üçüncü yeri isə "McLaren"in britaniyalı pilotu Lando Norris tutub.

Əsas yarış 29 noyabrda keçiriləcək.