BAKI, 29 noyabr. TELEQRAF
Hondurasda sərnişin avtobusunun pikapla toqquşduqdan sonra dərəyə yuvarlanması nəticəsində azı doqquz nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Qeyd olunub ki, hadisə Mərkəzi Amerikada baş verən ölümcül avtobus qəzaları silsiləsinin sonuncusudur.
Honduras yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza nəticəsində avtobus sürücüsü, daha üç kişi və beş qadın həyatını itirib. Qəzanın səbəbi hələlik məlum deyil, lakin xilasedicilərdən biri bildirib ki, avtobus dərəyə yuvarlanarkən bəzi sərnişinlər nəqliyyat vasitəsindən kənara düşüblər.