BAKI, 29 noyabr. TELEQRAF

Kanada Yer və Kosmos Tədqiqatları İnstitutunun fəxri professoru Filip Stuk ABŞ Prezidenti Donald Trampın Ayın ABŞ-yə məxsus olması ilə bağlı iddiasını təkzib edib.

Teleqraf “RIA Novosti”yə istinadən xəbər verir ki, professor ABŞ-nin nə Aya kosmik aparat göndərən ilk ölkə olduğunu, nə də Ay səthinə ilk çatan missiyanı həyata keçirdiyini bildirib. O, Ayın heç bir dövlətə məxsus olmadığını vurğulayıb.

Qeyd edək ki, 1959-cu il sentyabrın 14-də Sovet İttifaqının “Luna-2” stansiyası Ayın səthinə çatan ilk kosmik aparat olub.