BAKI, 29 noyabr. TELEQRAF

“Der Spiegel” jurnalının proqnozuna görə, Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi koalisiya hökuməti gələn il ciddi sınaqlarla üzləşəcək.

Teleqraf nəşrə istinadən xəbər verir ki, CDU/CSU və SPD arasında etimadın azalması, büdcə kəsiri və artan dövlət borcu hökumətin mövqeyini zəiflədir. Berlin qarşıdakı dövrdə sərt struktur islahatları və dövlət xərclərinin azaldılması zərurəti ilə üz-üzədir.

Əsas problemlər arasında sosial ödənişlərin azaldılması və ya ƏDV-nin artırılması ehtimalı, səhiyyə və pensiya sistemindəki çətinliklər, eləcə də Ukraynaya hərbi dəstəyə ictimai dəstəyin azalması göstərilir.

Məlumatda o da qeyd olunur ki, daxili problemlərlə yanaşı, Almaniyanın Ukraynaya uzunmüddətli dəstəyi və Avropadakı siyasi dəyişikliklər də Berlinin beynəlxalq mövqeyini çətinləşdirə bilər.