BAKI, 27 noyabr. TELEQRAF
İtaliyanın bir neçə tanınmış klubu Azərbaycan U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə yaxından maraqlanır.
Teleqraf xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Onun sözlərinə görə, “İnter”, “Yuventus”, “Napoli”, “Fiorentina”, “Komo”, “Sassuolo” və “Montsa” klubları hazırda İtaliyanın “Sampdoriya” komandasında forma geyinən 18 yaşlı hücumçunun çıxışını izləyirlər.
Qeyd edək ki, bu il Azərbaycan U-21 millisinin heyətinə dəvət alan Mezzotero “Sampdoriya”nın son dörd qarşılaşmasında dörd qol vurub.