BAKI, 29 noyabr. TELEQRAF

Rusiyanın hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində hərəkət edən 17 pilotsuz uçuş aparatını (PUA) vurub.

Teleqraf xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin X sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, PUA-lar Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Mer əlavə edib ki, pilotsuz uçuş aparatlarının qalıqlarının düşdüyü ərazilərdə fövqəladə hallar xidmətinin əməkdaşları işləyirlər.