BAKI, 29 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri husilərin ölkənin Şərq bölgəsinə doğru atdığı iki ballistik raketi ələ keçirərək məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin sözçüsü, polkovnik Turki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, raketlərin qalıqlarının yerə düşməsi nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb.
Əl-Maliki husilərə xəbərdarlıq edərək bildirib ki, mülki şəxslərə və mülki obyektlərə qarşı istənilən hücum cəhdi cavab tədbirləri ilə qarşılanacaq.