BAKI, 27 noyabr. TELEQRAF
Braziliyanın “Seara” klubu yeni baş məşqçisini açıqlayıb.
Teleqraf xəbər verir ki, komandanın sükanı arxasına Braziliya millisinin sabiq futbolçusu Aleks de Souza gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssislə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Aleks de Souza 2026-cı ilin əvvəlinədək “Operario Ferroviario”da çalışıb. Daha sonra isə “Atletik” klubunda baş məşqçi vəzifəsini icra edib.