BAKI, 29 noyabr. TELEQRAF
Hörmüz boğazının şərq hissəsində neft tankerlərindən biri minaya düşərək partlayıb və alovlanıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi ölkənin Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə üç neft tankerinin İranın icazə vermədiyi əraziyə daxil olması zamanı qeydə alınıb.
İran Hərbi Dəniz Qüvvələrinin açıqlamasında qeyd olunub ki, əraziyə giriş qaydalarını pozan üç tankerdən biri minaya düşərək partlayıb və nəticədə gəmidə yanğın baş verib.
Məlumata görə, hadisədən sonra digər iki tanker istiqamətini dəyişərək Fars körfəzinə doğru hərəkət edib.