BAKI, 29 noyabr. TELEQRAF
Polşanın keçmiş baş naziri Leşek Miller ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerin Rusiya prezidenti Vladimir Putin və Ukrayna münaqişəsi ilə bağlı açıqlamalarını yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, Miller bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib. Onun sözlərinə görə, Kuşnerin fikirləri Avropa İttifaqına Ukraynadakı münaqişənin həlli və sülhün əldə olunması ilə bağlı mühüm həqiqəti bir daha xatırladıb.
Miller qeyd edib ki, sülhə nail olmaq üçün qarşı tərəflə dialoq və danışıqlar aparmaq vacibdir. O, vurğulayıb ki, münaqişələrin həlli ideoloji qarşıdurma və sərt mövqelər üzərindən deyil, rəqiblə birbaşa danışıqlar yolu ilə mümkün olur.
Polşalı siyasətçi Kuşnerin mesajını Avropa üçün mühüm xatırlatma kimi qiymətləndirərək, sülhün əldə edilməsində danışıqların əhəmiyyətinə diqqət çəkib.