BAKI, 29 noyabr. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazının təhlükəsizliyini təmin etməsinin İranın regional və beynəlxalq müstəvidə strateji mövqeyini möhkəmləndirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Əraqçi İranın Hərbi Dəniz Qüvvələri Günü münasibətilə ünvanladığı müraciətdə Fars körfəzi və strateji əhəmiyyət daşıyan Hörmüz boğazının etibarlı şəkildə qorunmasının ölkənin milli təhlükəsizliyi və maraqlarının təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
Nazir vurğulayıb ki, bu ərazilərin mühafizəsi İranın dəniz məkanındakı mövqeyinin və nüfuzunun qorunmasında həlledici əhəmiyyət daşıyıb.