BAKI, 29 noyabr. TELEQRAF
İspaniya La Liqasının 14-cü turunda “Real Madrid” doğma meydanda “Alaves”lə qarşılaşıb. Görüş qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Teleqraf xəbər verir ki, “Alaves”in heyətində Toni Martines 22-ci, Anxel Peres isə 61-ci dəqiqədə qol vurub. Madrid təmsilçisinin yeganə qoluna 69-cu dəqiqədə Kilian Mbappe imza atıb.
Matçın 89-cu dəqiqəsində “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu məğlubiyyət Madrid klubunun bütün turnirlərdə ardıcıl 10 qələbədən ibarət seriyasına son qoyub. Komanda həmin qələbələrin altısını La Liqada, dördünü isə UEFA Çempionlar Liqasında əldə etmişdi.