BAKI, 29 noyabr. TELEQRAF

SpaceX şirkətinin baş direktoru İlon Mask bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti çoxlu sayda insanın ölümünə səbəb olub.

Teleqraf xəbər verir ki, Mask "X" istifadəçilərindən birinin USAID-in digər ölkələrdə hökumətləri dəyişdirmək və seçkilərə müdaxilə etmək üçün silah kimi istifadə edildiyinə dair iddiasına şərh yazaraq bildirib: "Düzdür. Onlar çox insanın ölümünə səbəb olublar".

3 fevral 2025-ci ildə Vaşinqton administrasiyası Amerika xarici siyasətini həyata keçirmək üçün istifadə edilən və digər ölkələrə təsir vasitəsi olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətini faktiki olaraq dayandırıb.