BAKI, 29 noyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi ölkənin Şərq əyalətində yerləşən Əl-Əhsa və Əbqayq qubernatorluqları üzrə fövqəladə xəbərdarlıq yayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilib ki, xəbərdarlıq yayımlandıqdan qısa müddət sonra ləğv edilib.

Hələlik xəbərdarlığın hansı səbəbdən verildiyi və sonradan niyə geri götürüldüyü barədə əlavə məlumat açıqlanmayıb.