BAKI, 29 noyabr. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikasının (DXR) ərazisinə endirdiyi zərbələr nəticəsində biri yeniyetmə olmaqla, 4 mülki şəxs həlak olub, daha 5 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə TASS yerli rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, itkilərə səbəb Ukrayna silahlı birləşmələrinə məxsus döyüş dronlarının hücumları olub.
Məlumatda qeyd olunub ki, Makiyevkanın Çervonoqvardeyski rayonunda yaşayış evinə edilən hücum nəticəsində bir ailənin bütün üzvləri həlak olub.