BAKI, 28 noyabr. TELEQRAF

Fransanın “Lill” klubu Kilian Mbappenin qardaşı Etan Mbappe ilə müqavilənin müddətini uzadıb.

Teleqraf xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.

Tərəflər əvvəlki müqaviləyə daha iki il əlavə ediblər.

Qeyd edək ki, Etan Mbappe 2024-cü ilin yayında PSJ-dən “Lill”ə keçib.

Yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 12 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. O, sentyabr ayından Fransanın U-21 millisinə dəvət alır.