BAKI, 28 noyabr. TELEQRAF

Los-Anceles sahillərində 5 bal gücündə zəlzələ olub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ Manhetten-Biç şəhərinin sahilindən təxminən 10 kilometr aralıda qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.