BAKI, 26 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində V turun oyunları keçirilib.
Teleqraf xəbər verir ki, ikinci oyun günündə doqquz qarşılaşma baş tutub.
Azərbaycan təmsilçisi “Sabah” doğma meydanda İspaniyanın “Barselona” klubuna 1:4 hesabı ilə məğlub olub.
Türkiyə təmsilçisi “Fənərbağça” Donetsk “Şaxtyor”una, İngiltərənin “Liverpul” klubu isə Belçikanın “Brügge” komandasına səfərdə qalib gəlib.
Almaniyanın “Bavariya” klubu Fransada “Lill”ə uduzub. PSJ ilə “Roma” arasındakı qarşılaşma isə heç-heçə başa çatıb.
“Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) – 1:4
“Slaviya” (Çexiya) – “Vilyarreal” (İspaniya) – 0:1
“Atletiko” (İspaniya) – “Vikinq” (Norveç) – 2:0
“Brügge” (Belçika) – “Liverpul” (İngiltərə) – 0:3
“İnter” (İtaliya) – “Ştutqart” (Almaniya) – 2:0
“Şaxtyor” (Ukrayna) – “Fənərbağça” (Türkiyə) – 0:1
“Lill” (Fransa) – “Bavariya” (Almaniya) – 2:1
PSJ (Fransa) – “Roma” (İtaliya) – 2:2
“Sportinq” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) – 2:2