BAKI, 26 noyabr. TELEQRAF

“Bakıda çox böyük inkişaf olduğunu görürəm. Hər şey yaxşılaşır, şəhər daha da gözəlləşir və ümumilikdə böyük dəyişiklik var. İnsanlar çox qonaqpərvər və mehribandırlar, bunu həqiqətən yüksək qiymətləndirirəm”.

Teleqraf xəbər verir ki, bu sözləri İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hansi Flik UEFA Çempionlar Liqasında Bakıda “Sabah”a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Şəhəri gəzməyə elə də vaxtlarının olmadığını bildirən almaniyalı mütəxəssis Azərbaycana dördüncü dəfə gəldiyini qeyd edib:

“Çox gözəl və rahat oteldə qaldıq, ətrafı gəzməyə vaxtımız olmadı. Səhv etmirəmsə, Azərbaycana dördüncü gəlişimdir. Əvvəllər milli komanda ilə, indi isə “Barselona” ilə gəlmişəm. Bura çox gözəl şəhərdir”.