BAKI, 25 noyabr. TELEQRAF

İtaliyanın “Milan” klubunun ingiltərəli futbolçusu Fikayo Tomori komandadan ayrıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

28 yaşlı müdafiəçi Milan təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Tərəflər yaxın zamanda yeni müqavilə ilə bağlı razılığa gələ bilməsələr, klub qış transfer pəncərəsində onun satışını nəzərdən keçirəcək.

Qeyd edək ki, 2021-ci ilin yayında 35 milyon avrodan bir qədər artıq məbləğə “Milan”a keçən Tomori indiyədək komandanın heyətində 219 rəsmi oyuna çıxıb. O, bu görüşlərdə 7 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Müdafiəçi İngiltərə millisinin heyətində 6 oyun keçirib.