BAKI, 7 noyabr. TELEQRAF

Yaponiyanın Honşu adasında, İbaraki prefekturası sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 20 kilometr dərinlikdə yerləşib. Zəlzələ Tokionun mərkəzində də hiss olunub.