BAKI, 26 oktyabr. TELEQRAF
Davit Volkov “Zirə”nin heyətində Premyer Liqada 40-cı qolunu vurub.
Teleqraf Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının IX turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib.
Gürcüstanlı hücumçu 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.
Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vuran 30-cu futbolçu olub. O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.