BAKI, 26 oktyabr. TELEQRAF

İspaniya çempionatının X turunda keçirilən “El-Klasiko”da Madrid “Real”ı səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, qarşılaşmada qonaqların hər iki qolunu fransalı hücumçu Kilian Mbappe vurub.

O, matçın 41-ci və 87-ci dəqiqələrində fərqlənib. Meydan sahiblərinin yeganə qoluna isə 61-ci dəqiqədə Rafinya imza atıb.

Bu görüşdə dubl edən Mbappe “Real”ın heyətində vurduğu qolların sayını 100-ə çatdırıb. O, Madrid klubunun tarixində bu göstəriciyə nail olan 24-cü futbolçu olub.