BAKI, 25 oktyabr. TELEQRAF

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi yığma Avstraliya seçməsi ilə üz-üzə gəlir.

Hövsan Yarış Kompleksinin 10A meydançasında keçirilən qarşılaşma saat 19:30-da başlayıb.

Yığma rəqibinə 3:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Şərqi Timor yığmasını 6:0, ikinci matçında isə Andorra seçməsini 1:0 hesabı ilə məğlub edib.