BAKI, 26 oktyabr. TELEQRAF
La Liqa təmsilçilərindən “Real”ın qapıçısı Andrey Lunin tarixi rekorda imza atıb.
Teleqraf xəbər verir ki, İspaniya çempionatının X turunda “Barselona”ya qarşı keçirilən “El Klasiko” (2:1) ukraynalı qolkiper üçün əlamətdar olub.
Lunin “Barselona” ilə “Real” arasında keçirilən qarşılaşmalar tarixində kataloniyalılara qarşı ilk beş oyununda ən azı dörd qələbə qazanan ilk qapıçı olub.
Qeyd edək ki, La Liqada 10 turdan sonra 24 xalı olan “Real” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 3 xal geri qalır.