BAKI, 26 oktyabr. TELEQRAF

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək.

Teleqraf xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda ilk olaraq saat 11:30-da İsrail yığması ilə üz-üzə gələcək.

Millimizin ikinci qarşılaşması isə saat 18:15-də Haiti seçməsinə qarşı olacaq.

Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.

Qeyd edək ki, U-15 millimiz turnirdə daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorra seçməsini isə 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya yığmasına 1:3 hesabı ilə uduzub.