BAKI, 15 avqust. TELEQRAF
İtaliya A Seriyasında mübarizə aparan "Milan" portuqaliyalı ulduz Rafael Leaonun qiyməti ilə bağlı dəyişiklik edib.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, İtaliya təmsilçisi onun transfer haqqını aşağı salmağa hazırlaşır.
İddialara görə, transfer qiymətini 50-60 milyon avrodan 40-45 milyona endirib.
Adı "Qalatasaray" və “Fənərbağça” ilə hallanan 26 yaşlı oyunçunun "Milan"la müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.