BAKI, 14 avqust. TELEQRAF

“Neftçi” “Esperans”ın transferlə bağlı təklifini müsbət dəyərləndirib.

Teleqraf xəbər verir ki, 27 yaşlı fransalı İmad Faraj karyerasını yeni klubda davam etdirəcək.

2025-ci ilin iyul ayında Kiprin “AEK Larnaka” klubundan “Neftçi”yə transfer olunan İmad Faraj bir mövsüm ərzində "Neftci"nin heyətində 34 rəsmi oyunda meydana çıxıb.

"Bu görüşlərdə 7 qol vuran və 6 məhsuldar ötürmə edən fransalı futbolçu “Neftçi”nin uğurları üçün öz töhfəsini verib.

İmad Faraja göstərdiyi peşəkarlığa, əzmkarlığına və “Neftçi” formasında keçirdiyi oyunlara görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq", -
“Neftçi”nin yaydığı məlumatda qeyd olunur.